image-1643889670_2-2backend

Ermənistanda keçrilən sorğu Rusiyanı şoka SALDI: Ermənilər Rusiyanı qəbul etmir

Rusiya Ermənistanın təhlükəsizliyinə ən çox təhdid törədən ölkələrin reytinqində 3-cü pillədə qərarlaşıb.

Alp.az “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə IRI İnstitutunun Ermənistanda apardığı sorğuların nəticələri göstərir.

Respondentlərin fikrincə, Ermənistana ən böyük təhdidi Türkiyə (88%) və Azərbaycan (81%) törədir. Rəyi soruşulanların 15%-i Rusiyanı siyasi, 17%-i isə iqtisadi baxımdan təhlükə hesab edir.

Türkiyə üçün bu göstərici müvafiq olaraq 90% və 68%, Azərbaycan üçün isə 77% və 52% olub.

Bununla belə, 57% Ermənistan vətəndaşı Rusiyanı əsas siyasi müttəfiq adlandırıb. Növbəti yerlərdə Fransa (50%) və ABŞ (38%) qərarlaşıb.

Respondentlərin 61% Rusiyanı, 40% İranı və 29% isə Çini əsas iqtisadi tərəfdaş sayır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki