image-16014682794547348718_1200x630backend

Belçikada hökumət böhranı sona çatır

Seçkilərdən 236 gün sonra Belçikada keçirilən koalisiya danışıqlarında razılıq əldə olunub.
Elchi.az xəbər verir ki, Belçikada təxminən 8 ay sonra yeni hökumət üçün razılaşma əldə edilib.
Kral ailəsindən verilən açıqlamaya görə, hökumətin qurulmasından məsul olan Bart De Wever, dünən axşamkı görüşdə koalisiya danışıqlarında razılıq əldə edildiyini Kral Filipi məlumatlandırıb.
236 gündür hökumətin qurulmadığı ölkədə indi partiyaların kabineti formalaşdıracaq adları razılaşdıracağı gözlənilir.
Daha sonra yeni kabinet təsdiq üçün krala təqdim olunacaq. Kral yeni nazirlərin təyinatını təsdiq edən fərmanları imzaladıqdan sonra hökumətin andiçmə mərasimi keçiriləcək.
Həmin gün yeni baş nazir hökuməti və koalisiya sazişini Federal Parlamentə təqdim edəcək və hökumət faktiki olaraq vəzifəyə başlayacaq.
O vaxta qədər hazırkı baş nazir Aleksandr de Kroo vəzifəsini davam etdirəcək.
Ölkə 8 aya yaxındır ki, hökumətsizdir
Flamand millətçisi, sağçı Yeni Flaman Alyansının (N-VA) lideri De Wever 9 iyun 2024-cü ildə keçirilən ümumi seçkidə birinci olub.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki