image-oipbackend

Zaxarova Ukrayna ilə mümkün müzakirələrdən kəskin danışdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ukraynanın Kursk bölgəsindəki hücumları müzakirələrin mümkünlüyünü “a priori” ləğv edib.
Elchi.az xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda bildirilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki hücumlarına görə federal səviyyədə fövqəladə vəziyyət rejimi və terrora qarşı əməliyyat rejimi tətbiq edilib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya hakimiyyəti “dinc əhaliyə biganə şəkildə zərbə endirənlərlə” danışıqlar aparmayacaq. Rusiya Xarici İşlər Nazirliyi müzakirələrin mövzusunun “uzunmüddətli fasilə”ə salındığını vurğulayıb.
Putinin köməkçisi Yuri Uşakov təsdiq etdi ki, hazırda Rusiya müzakirələrin mümkünlüyünü nəzərdən keçirir. Bununla yanaşı o qeyd edib ki, putinin əvvəllər səsləndirdiyi sülh təklifləri ləğv edilməyib. Daha sonra “The Washington Post” qəzeti mənbələri bildiriblər ki, avqust ayında Rusiya və Ukrayna Qətərdə gizli danışıqlar aparmalı idi, lakin Kursk bölgəsindəki hücum bu planların qarşısını alıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki