image-14backend

Usatii Sandunu plagiatda ittiham edib

Moldovanın “Bizim Partiya” lideri Renato Usatii respublikanın hazırkı prezidenti Maya Sandunu seçki şüarını plagiat etməkdə ittiham edib.

Elchi.az bildrir ki, bu barədə “Newsmaker” yazır.

Siyasətçi Sandunun seçki nitqinin dizaynında partiyasının istifadə etdiyi dizaynla oxşarlıqlar olduğunu qeyd edib.

Qeyd edək ki, Sandu “Moldova naminə” şüarı ilə seçki yarışına qatılıb. Usatii isə hesab edir ki, hazırkı prezidentin partiyası onun razılığı olmadan onun şüarından istifadə edib.

Sandun Fəaliyyət və Həmrəylik partiyasının nümayəndəsi Usatiinin ittihamlarına cavab olaraq bildirib ki, Moldovanın heç kimə aidiyyatı yoxdur və ölkə hamı üçün ümumi evdir.

Xatırladaq ki, hakim Fəaliyyət və Həmrəylik partiyası rəsmi olaraq Sandunun Moldova prezidentliyinə namizədliyini irəli sürüb. Avqustun 21-də Respublika Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin və Avrointeqrasiya referendumunun iştirakçılarının qeydiyyatına başlayıb.

Yeganə

Həmçinin oxuyun: https://elchi.az/sandu-prezidentliye-namized-kimi-ireli-surulecek

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki