Moldovanın hakim Qərbyönümlü Fəaliyyət və Həmrəylik Partiyasından bildirilib ki, cümə axşamı günü Moldovanın hazırkı lideri Maya Sandu rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Elchi.az xatırladır ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri təyin edilib və həmin vaxt ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum keçiriləcək.
Çərşənbə günü Moldova Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərin və referendum iştirakçılarının qeydiyyatı başlayıb. Hakim siyasi qüvvə olan “Hərəkət və Həmrəylik” cümə axşamı Sandunun namizəd kimi irəli sürülməsi və imza toplamaq üçün təşəbbüs qrupunun yaradılması məsələsi ilə bağlı iclas təyin edib.
Bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyası müxalif “Pobeda” blokunun seçkilərdə iştirak ərizəsini rədd edib. Müxalifət bu qərardan məhkəməyə şikayət edib. Çərşənbə axşamı, təşəbbüs qruplarının qeydiyyatı üçün keçmiş baş nazirlər İon Çiku, Vasili Tarlev, həmçinin Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah da daxil olmaqla yeddi siyasətçi tərəfindən müraciət edilib. Təşəbbüs qrupları 15 mindən 25 minədək imza toplayıb sentyabrın 20-dək MSK-ya təqdim etməlidirlər.
Xatırladaq ki, Sandu 2020-ci ildən Moldovanın prezidenti vəzifəsində çalışır. Prezident seçkilərinin ikinci turunda o, o vaxtkı prezident İqor Dodonu məğlub edərək 57%-dən çox səs qazanıb.
İyun ayında Sandu respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması haqqında fərman imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Sandunun Moldova dilinin adının rumın dili ilə dəyişdirilməsi ilə bağlı siyasəti Hitler Almaniyasında insanların milliyyəti və dili ilə bağlı aparılan təcrübələrlə müqayisə oluna bilər.
Yeganə