image-68107111c37f668107111c37f7174590798568107111c37f468107111c37f5backend

FHN və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Biləcəri stansiyasında birgə taktiki-xüsusi təlim keçirib.

Təlimin məqsədi açıqlanıb

Elchi.az FHN-ə istinadən xəbər verir ki, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda keçirilmiş təlim baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Təlim iki mərhələdə keçirilib

Təlim iki mərhələdən – Şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi və baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub.

Təlimə müxtəlif qurumlar cəlb olunub

Təlim zamanı baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb olunub.

Əməli tədbirlər həyata keçirilib

Daha sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib.

Təlim uğurla başa çatıb

Uğurla keçən təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki