Təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin 7 hücumu dəf edilib.
Alp.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.
“13 tank, 3 artilleriya sistemi, 17 zirehli texnika, 4 zirehli döyüş maşını və 18 avtomobil, 4 yanacaqdaşıyan məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub”, – məlumatda vurğulanıb.