image-w720h405fillbackend

Tramp nüvə silahını ABŞ-ın və bütün dünyanın əsas problemi adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp nüvə silahını Vaşinqton və bütün dünya üçün əsas problem hesab edir.
Elchi.az-nın TASS-a istinadən verdiyi məlumata görə , bunu o, Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Bu, heç vaxt görülməmiş dağıdıcı bir qüvvədir və biz ondan heç vaxt istifadə edilməməsinə əmin olmalıyıq” – deyib.
Viskonsin ştatında tərəfdarları qarşısında çıxış edən siyasətçi Ağ Evin rəhbəri, prezident Co Baydenin hərəkətlərinə görə digər ölkələrin ABŞ-a hörmət etmədiyinə də diqqət çəkib.
Keçmiş ABŞ lideri “Onlar artıq bizim millətimizə hörmət etmirlər” – deyib.
Tramp həmçinin qeyd edib ki, onun demokrat rəqibi Kamala Harris “lider təəssüratı yaratmır” və Çin və ya KXDR kimi dövlət başçıları ilə dialoq apara bilmir.
“Mən onun KXDR sədri Si Cinpin və ya KXDR lideri Kim Çen In ilə danışıqlar aparacağı bir vəziyyəti təsəvvür edə bilmirəm – bizim etdiyimiz kimi”, – siyasətçi vurğulayıb.
O, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin Amerika tarixində “ən mühüm hadisə” olacağına əminliyini ifadə edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki