image-israil-reu-2235771_1backend

Strok: Müharibədə qalib gəlmək son girovu geri qaytarmaqdan daha vacibdir

İsrailin ifrat sağçı Milli Missiyalar naziri Orit Strok bildirib ki, Qəzzada “strateji qələbə” qazanmaq orada saxlanılan israilli məhbusları geri qaytarmaqdan daha vacibdir.
Elchi.az xəbər verir ki, İfrat sağçı maliyyə naziri Bezalel Smotriçin rəhbərlik etdiyi Dini Sionizm Partiyasının üzvü Strok İsrailin Kanal 12 televiziyasına müsahibəsində: “Müharibədə qalib gəlmək son girovu geri qaytarmaqdan daha vacibdir”. dedi.
“Qəzzada strateji qələbəyə nail olmaq üçün bəzi girovlardan imtina etməli ola bilərik. Bu, 10 il əvvəl İsraildə razılaşdırılıb”, – Strok deyib.
Strok, keçmişdə müxalifət lideri Yair Lapid və keçmiş daxili təhlükəsizlik naziri Ömər Bar-Levin bir girovun azad edilməsi müqabilində birdən çox məhbusun azadlığa buraxılmasına mane olan qanun layihəsi təqdim etdiklərini xatırladaraq, oxşar fikirlərin hazırda ekstremist kimi qiymətləndirildiyini, lakin bu anlayışın yenidən qəbul edilməli olduğunu vurğulayıb.
Strok iddia edib ki, fələstinliləri azad etməyə davam etmək və “zəiflik nümayiş etdirmək” İsrailin düşmənlərini onun qərar qəbul etmə qabiliyyətinin olmadığı qənaətinə gətirəcək, o, əlavə edib ki, əgər onlar Həmas-ı aradan götürsələr və fələstinlilərin böyük əksəriyyətini Qəzzadan çıxarsalar, bu, bütün bölgəyə güclü mesaj verəcək.
Strok daha əvvəl HƏMAS ilə razılaşmanın əleyhinə olduğunu bildirmiş və iyul ayında partiyası ilə birlikdə hökumətdən çıxacağı ilə hədələmişdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki