Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı birləşmələri gecəboyu davam edən şiddətli döyüşlərdən sonra Ukraynanın Xerson şəhərinin ətrafına giriblər.
Alp.az xəbər verir ki, Rusiyanın zirehli texnikası hazırda şəhərin şərq istiqamətindən mərkəzə doğru irəliləyir.
Bu barədə “Ukrayna 24” telekanalının jurnalisti məlumat verib.
“İşğalçılar şəhərin çıxışlarında nəzarət-buraxılış məntəqələri qurublar. Xüsusilə – Xersonun Şumen rayonunda. Antonovski körpüsü, Kozatski və Veselinin yaxınlığında yaşayan Xerson şəhərətrafı qəsəbələrinin sakinləri atəşə məruz qaldıqları üçün bir gün əvvəl təxliyə ediliblər. Ruslar maşınlara atəş açır, mülki insanların telefonlarını alırlar”.