Bu gecə Rusiya ordusuna məxsus daha iki qırıcı təyyarə məhv edilib. Alp.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, Kiyev vilayətinin səmasında rusların SU-25-i və SU-35-i vurulub. Ümumilikdə bir gün ərzində Rusiya Federasiyasının 10-dan çox hava hədəfi məhv edilib