Rusiya ordusunun əlahiddə bölmələri Popasnaya istiqamətində şəxsi heyətinin təxminən 50 faizini itiriblər.
Alp.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Popasnaya istiqamətində 8-ci birləşmiş ordunun 150-ci motoatıcı diviziyasının əlahiddə bölmələri böyük itkilər verib, şəxsi heyətin, silahların və texnikanın ən azı 50%-i məhv edilib”, – məlumatda qeyd olunub.