Amerikalı sahibkar İlon Mask bildirib ki, Donald Tramp prezident seçkilərində qalib gələrsə, federal xərcləri 2 trilyon dollar azalda bilər.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Mən təxminən 2 trilyon dollar düşünürəm. Bütün bu ikiqat xərclər vergilərdir, istər birbaşa, istərsə də dolayısı ilə pulunuz boşa gedir”, – Mask əlavə edib.
O, bu vəsaitlərin nə vaxta qədər saxlanacağını dəqiqləşdirməyib. Daha əvvəl Tramp Maskın dəstəklədiyi kriptovalyutaya istinad edərək, Maskdan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) adlı xərclərin azaldılması təşəbbüsünə rəhbərlik etməsini xahiş etməyə hazır olduğunu bildirmişdi.
Yeganə