Rusiya prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRİKS sammitinə qatılacaq demək olar ki, bütün liderlərlə görüşlər keçirməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan bəyanatda deyilir.
“Rusiya prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək”, – Kreml bildirib.
Həmçinin aydınlaşdırılır ki, “BRICS plus/outreach” formatında keçiriləcək sammitin yekun iclasında 40-a yaxın dövlətin nümayəndəsi iştirak etməyi planlaşdırır. Xüsusilə, bunlara MDB, Asiya və Latın Amerikası ölkələri daxildir.
Yeganə