image-gazze-hospital-a-2288089_1backend

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 9 fələstinli həyatını itirib

İsrail ordusunun Qəzza zolağında bir ev, iki avtomobil və fələstinlilərin toplaşdığı bir nöqtəyə endirdiyi hava hücumu nəticəsində 9 nəfər həyatını itirib.
Elchi.az AA-ya istinadən xəbər verir ki,  Nusayrat Qaçqınlar Düşərgəsinə edilən hücumda biri uşaq olmaqla 4 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
Ölən və yaralananlar Əl-Avde xəstəxanasına yerləşdirilib.
Qəzza şəhərinin Şucaiyye bölgəsinə edilən hücumda 2 nəfər ölüb, həyatını itirənlərin cənazələri Əl-Ehli Baptist Xəstəxanasına aparılıb.
Qəzza Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamaya görə, İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində iki mülki avtomobili hədəf alması nəticəsində 3 fələstinli həlak olub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki