İsrail ordusu Livanın paytaxtı Beyrutda “Hizbullah”ın hədəflərini məhv edir. Beyrutdakı Hizbullah qərargahının komandiri Süheyl Hüseyn öldürülüb.
Elchi.az xəbər verir ki, İsrail ordusu Livanın paytaxtı Beyruta edilən hücumlarda Hizbullah Qərargahının rəhbəri Süheli Hüseyn Hüseyninin öldürüldüyünü açıqlayıb.
İsrail ordusu ötən gecə Hizbullahın Beyrutdakı kəşfiyyat qərargahına hücum etdiyini bildirib.
İsrail ordusunun sözçüsü Aviçay Adraee X hesabında etdiyi paylaşımda belə deyib: İsrail iddia edib ki, döyüş təyyarələri Livanın paytaxtı Beyrutda, eləcə də Livanın digər bölgələrində və Bekaa vadisində silah istehsal edən obyektləri, atış meydançasını və digər hərbi infrastrukturu hədəf alıb.
İsrailin Beyrutdakı Hizbullah bazalarına hücumundan sonra İsrail ordusu Hizbullah qərargahının rəhbəri Süheli Hüseyn Hüseyninin öldürüldüyünü açıqlayıb.
Şayəstə Hüseynova