image-israil-24-saatte-80-filistinliyi-oldurdu-idg0backend

İsrail 24 saat ərzində 80 fələstinlini öldürüb

Dünən səhər saatlarından etibarən İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində 80 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, Fələstin Mülki Müdafiə İdarəsinin Qəzza zolağındakı sözçüsü Mahmud Basal Qəzzanın müxtəlif bölgələrinə edilən hücumlarla bağlı yazılı açıqlama verib.
Basalın açıqlamasına görə, İsrail ordusunun Qəzza əyalətinin şimalında həyata keçirdiyi 4 hava hücumunda 32 fələstinli həyatını itirib. Xan Yunus vilayətində isə İsrail ordusunun həyata keçirdiyi 7 hücumda 30 nəfər ölüb. Qəzza zolağının mərkəzi hissəsindəki Orta əyalətində İsrailin 4 hücumu nəticəsində 17 fələstinli həyatını itirib.
İsrailin bu hücumlarında çoxlu insan yaralanıb.
Qəzza zolağının cənubundakı Rəfah vilayətində İsrail əsgərləri tərəfindən öldürülən bir nəfərin meyiti tapılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki