image-images-38backend

İran: Biz qətiyyətli və ciddiyik, eyni şəkildə cavab verəcəyik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin hücumuna cavab verməkdə qərarlı və ciddi olduqlarını və eyni şəkildə cavab verəcəklərini, lakin müharibənin genişlənməsindən narahat olduqlarını bildirib.
Elchi.az xəbər verir ki, Bekayi Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.
İclasın əvvəlində oktyabrın 25-də İsrailin Livanda mətbuat mənsublarının qaldığı binaya hücumu nəticəsində həyatını itirən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sükut anından sonra İsrailin hücumu ilə bağlı sualları cavablandıran Bekayi, ” İran İsrail rejiminə cavab vermək hüququndan əl çəkməyəcək. Hücumun növünə görə (İsrail) cavab verməkdə qərarlı və ciddiyik. Bütün imkanlardan istifadə edəcəyik ,” – deyib.
Bekayi İsrail döyüş təyyarələrinin İranın hava məkanına daxil olub-olmaması ilə bağlı suala “yox” cavabını verib.
“Xalqımız və silahlı qüvvələrimiz müharibədən qorxmur”
İranın heç vaxt müharibə istəmədiyini, lakin özünü müdafiə etməkdən də çəkinməyəcəyini ifadə edən Bekayi, “Özümüzü məsuliyyətli gördüyümüz üçün müharibənin yayılmasından narahatıq. Xalqımız və silahlı qüvvələrimiz müharibədən qorxmur” – deyib.
İsrailin hücumundan sonra Qəzza və Livanda atəşkəs səylərinin bərpası və Qərb liderlərinin atəşkəslə bağlı daha əvvəl İrana verdiyi vədlərə gəlincə, Bekayi, İsrailin Qəzza və Livanda işğalçı və soyqırımçı bir güc olduğunu və bununla bağlı heç bir “atəşkəs”in olmadığını bildirib. Bu hücumlar ifadəsini istifadə etmələrini uyğun görmədiklərini söylədi. Bekayi İsrailin hücumlarını dayandırmaq üçün səyləri dəstəklədiklərini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki