İordaniya ordusu ölkənin cənubundakı Aqaba şəhərinə “uçan obyekt”in düşdüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı İordaniya ordusundan “səlahiyyətli” olaraq xarakterizə edilən hərbi mənbəyə əsaslanaraq açıqlama verilib.
Açıqlamada ölkənin cənubunda yerləşən Aqaba şəhərinin sərhəd bölgəsində uçan obyektin qəzaya uğradığı bildirilib.
Açıqlamada hadisədə can və ya mal itkisinin olmadığı, mülki müdafiə və hərbi mühəndislik kəşfiyyat qruplarının hadisə yerinə gəldiyi bildirilib.
Açıqlamada obyektin hansı istiqamətdən gəldiyi ilə bağlı məlumat verilməyib.
İordaniyanın Əqabə şəhəri İsrailin Qəzzaya hücumları səbəbilə Yəməndə husilər və “İraq İslami Müqaviməti” adlı milis qruplaşmasının tez-tez hədəf aldığı Elyat şəhəri ilə bitişikdir.
Şayəstə Hüseynova