image-thumbs_b_c_ea0fbbc518c86e3a771852ed34be9b9cbackend

İndoneziyada vulkan püskürdü: Çoxlu ölü!

İndoneziyanın Flores adasında vulkan püskürməsi baş verib. İlkin məlumata görə, təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, ölkənin ucqar adalarından biri olan Floresdə yerləşən Levotobi Laki Laki dağında vulkan püskürməsi baş verib.
Püskürmədən sonra lava axını ilə çatılan yaxınlıqdakı kənddə bir neçə ev, o cümlədən monastır yanıb.
Səlahiyyətlilər bir rahibə də daxil olmaqla 8 nəfərin həyatını itirdiyini, bir nəfərin isə itkin düşdüyünü bildirib.
Ötən həftədən bəri bölgədə silsilə partlayışlar baş versə də, səlahiyyətlilər Lewotobi Laki Laki dağı üçün xəbərdarlıq statusunu ən yüksək səviyyəyə qaldırıb.
Vulkan keçən həftədən etibarən hər gün iki min metrə qədər qalın qəhvəyi kül havaya püskürür.
“Sakit okean od halqası” zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki