image-14backend

Braziliya prezidenti yıxıldığı üçün BRİKS-ə getməyib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bir gün əvvəl yıxılaraq başının arxasından xəsarət alıb və o, yüngül beyin qanaması keçirib.

Elchi.az xəbər verir ki, həkim bildirib ki, Braziliya prezidenti bir müddət həkim nəzarətində olmalıdır.

Lula da Silvaya xəstəxanada tikişlər qoyulub, bundan sonra Braziliya prezidenti öz iqamətgahına qayıdıb. Həkimlərin tövsiyəsinə görə, o, bir neçə gün uzun uçuşlardan çəkinməlidir. Bu səbəbdən Braziliya lideri Kazan BRİKS sammitinə səfərini ləğv edib və videobağlantı vasitəsilə orada iştirak edəcək.

Braziliya diplomatik xidmətində qeyd edildiyi kimi, BRİKS sammitində ölkə nümayəndə heyətinin rəhbəri xarici işlər naziri Mauro Vieyra olacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki