Amerika hərbçiləri dörd C-17A Globemaster hərbi-nəqliyyat təyyarəsi ilə Polşaya gəlib. Bu barədə “İnterfaks-Ukrayna” Qərb aviasiya resurslarının məlumatlarına istinadən məlumat yayıb.
Təyyarələrin Şimali Karolinadakı Fort Breq bazasından uçduğu və Ukrayna ilə sərhəddən 90 km aralıda yerləşən Polşanın Yeşu şəhərinin hava limanına endiyi bildirilir.
Orada ümumilikdə 1700 amerikalı hərbçi yerləşdiriləcək.
Xatırladaq ki, dünən Ceşdən ABŞ-ın bir neçə desant qrupu gəlib. Diviziyanın komandiri Kristofer Donahu bəyan edib ki, Polşaya gələn desantçılar NATO müttəfiqlərinin operativ uyğunluğunu və hazırlığını gücləndirəcəklər.
Alp.az