TCG Muavenet NATO-nun 2 oktyabr 1992-ci ildə Egey dənizində keçirdiyi təlim zamanı “Amerika” raketləri ilə vuruldu. 5 türk əsgərinin şəhid olduğu hadisənin ardından; ABŞ dövlət katibinin müavini Lawrence Eagleburger, “Gəminizi batırdıq, üzr istəyirik” dedi, 32 il əvvəl leytenant rütbəsində gəmidə olan İsmail Can baş verənlərlə bağlı diqqəti çəkən açıqlamalar verib
Elchi.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG Muavenet, 2 oktyabr 1992; Egey dənizində NATO-nun Qətiyyətlilik nümayişi-92 təlimi zamanı Amerikanın “USS Saratoga” təyyarədaşıyan gəmisindən atılan iki Sea Sparrow raketi ilə vurulub.
Hadisədə; Gəmi komandiri qərargah polkovnik-leytenantı Levent Kudret Güngör, zenit zabit köməkçisi leytenant Alper Tunqa Akan, radio astsubay Serkan Aktepe, təminat çavuşu Mustafa Kılıç və sıravi Rəcəb Atak həyatını itirərkən, 22 Mehmetçik yaralanıb. “Qəza” adlandırılaraq ört-basdır edilməyə çalışılan hadisə ilə bağlı o zaman ABŞ dövlət katibinin müavini Lourens İqlburqer Türkiyənin Vaşinqtondakı səfiri Nüzhet Kandemirə “Gəminizi batırdıq, üzr istəyirik” demişdi.
Şayəstə Hüseynova