image-2024-08-27t123856z_382813986_rc2co9a31eoz_rtrmadp_3_ukraine-crisis-zelenskiy-pic_32ratio_900x600-900x600-20940backend

Zelenski ukraynalılara “qələbə planını” göstərməyəcək

OP rəhbəri Ermak: Zelenski bütün “qələbə planını” ukraynalılara göstərməyəcək.
Elchi.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak telemarafon zamanı Vladimir Zelenskinin qələbə planının bəzi məqamlarının ölkə vətəndaşları üçün bağlı qalacağını bildirib.
Planda ukraynalılara göstərilməyəcək məlumatların olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib ki, orada qapalı olan çox həssas hissələr var. Ermak planın bəzi bəndlərini açıqlamaq istəməməsini hərbi zərurət kimi izah edib, çünki onlar dərc olunsa, Rusiya kəşfiyyatının əlinə keçəcək.
Britaniyanın “The Times” qəzeti yazır ki, Zelenskinin ABŞ-a rəsmi səfəri ərəfəsində hazırladığı qondarma qələbə planı dörd əsas məqamı ehtiva edir.
Kiyevin Qərb tərəfdaşlarına qarşı tələblərindən biri təhlükəsizlik təminatının verilməsi ola bilər. Bundan əlavə, Ukrayna lideri Vaşinqtonu Kursk vilayətində əməliyyatın davam etdirilməsi və ölkəsini bəzi müasir silah növləri ilə təmin etməyin zəruriliyinə inandırmağı planlaşdırır. Digər məqam isə Ukraynaya xarici müttəfiqlərdən maliyyənin davam etdirilməsi idi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki