image-robert-habeck-2304215_1backend

Yaşıllar Partiyasının Almaniyada baş nazirliyə namizədi Robert Habek oldu

Almaniyada Yaşıllar Partiyası 23 fevral 2025-ci ildə keçirilməsi planlaşdırılan erkən ümumi seçkidə iqtisadiyyat naziri Robert Habeki baş nazirliyə namizəd kimi seçib.
Elchi.az xəbər verir ki, Visbadendə keçirilən partiya konqresində nümayəndələrin yüzdə 96 səsini toplayan Habeck, beləliklə, fevralın 23-də keçirilməsi gözlənilən erkən seçkilərdə partiyasının baş nazirliyə namizədi oldu.
Nümayəndələrə təşəkkür edən Habeck seçki kampaniyasına sosial ədalət, iqlimin qorunması və enerji təhlükəsizliyini gətirmək istədiyini bildirib.
Almaniyada Azad Demokrat Partiyası (FDP), Yaşıllar və Sosial Demokrat Partiyasından (SPD) ibarət üç partiyalı koalisiya noyabrın 6-da dağılıb.
SPD və Yaşıllar ölkədə azlıq hökumətini təşkil edir.
Baş nazir Şolts, erkən seçkilərə zəmin yaratmaq üçün dekabrın 16-da parlamentdə etimad səsverməsinin keçiriləcəyini açıqladı.
Partiyalar Şolts-a etimad səsverməməsi halında, 23 fevral 2025-ci ildə növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəlmişdilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki