image-trump-zelenskiy-reu-2335920_1backend

Tramp: Zelenski qiymətli metallarla bağlı müqavilə imzalamaq üçün ABŞ-a gələ bilər

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski qiymətli metallarla bağlı saziş imzalamaq üçün bu həftə və ya gələn həftə Ağ Evə gələ bilər.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronu qəbul edərkən, ikisi də Oval Ofisdə mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
Tramp Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqların davam etdiyini və Kiyev administrasiyası ilə qiymətli metallar sazişi ilə bağlı nəticə əldə etdiklərini qeyd edib.
“Prezident Zelenski ilə görüşəcəm. O, faktiki olaraq bu həftə və ya gələn həftə müqaviləni imzalamaq üçün gələ bilər. Mən onunla Oval kabinetdə görüşmək istərdim, bu, əla olardı. Hazırda razılaşma üzərində iş gedir. Biz yekun razılaşmaya çox yaxınıq”. Tramp ifadələrindən istifadə edərək, razılaşmanın həm ABŞ, həm də Ukrayna iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcəyini vurğulayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki