image-upload-ap24255049352305-pic_32ratio_900x600-900x600-17964backend

Tramp: ABŞ Ukraynadakı münaqişədə “ilişib”

Tramp deyib ki, ABŞ Bayden və Harrisə görə Ukraynada münaqişədə qalıb.
Elchi.az xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, Vaşinqton Ukraynadakı münaqişədə “ilişib” və seçkilərdə qalib gələcəyi təqdirdə Moskva ilə Kiyev arasındakı qarşıdurmanı həll edəcəyinə söz verib. Bu barədə The Hill yazır.
“Bayden və Kamala bizi Ukraynadakı müharibəyə soxdular və indi bizi oradan çıxara bilmirlər. Bacarmazlar. Mən ona baxdım: “Çıxacağıq, çıxacağıq, çıxacağıq”. O [Bayden] bunu üç ildir deyir”, – Tramp bildirib.
Respublikaçı ABŞ-ın “münaqişədə ilişib qaldığını” vurğuladı və seçkidə qalib gələrsə, tərəflər arasında danışıqlar aparacağına və böhranı həll edəcəyinə söz verdi. Onun sözlərinə görə, Vaşinqton bu münaqişədən çıxmalıdır.
Tramp daha əvvəl demişdi ki, Ukraynanın Rusiya regionuna hücumu yeni dünya müharibəsinin hər zamankindən daha yaxın olduğunu nümayiş etdirir. O, həmçinin qeyd edib ki, Rusiya ordusu qış şəraitində döyüş əməliyyatlarının aparılmasında mükəmməl təcrübəyə malikdir.
Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ Ukraynadakı münaqişədə iştirakını artırmağa meyl göstərir. O, ABŞ-ın Ukrayna münaqişəsində birbaşa iştirak etdiyini, baxmayaraq ki, bunun əksini iddia etməyə çalışdığını vurğulayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki