image-66666backend

Sülh müqaviləsi yalnız bu şərtlə mümkündür – Ukrayna rəsmisi 

Rusiya ilə sülh müqaviləsinin imzalanması onların qoşunlarının fevralın 23-dən etibarən nəzarətində olan Ukrayna ərazisindən tamamilə çıxarılması şərtilə mümkündür.

Alp.az xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Arahamiya deyib.

O qeyd edib ki, müqavilənin şərti imzalanması və ya onun ciddi müzakirə oluna biləcəyi məqama çatanda rus ordusu tamamilə getməli olacaq:

“Sonra biz onu imzalamaq və təsdiqləmək üçün masaya oturacağıq. Bu, təkcə bizim tərəfimizdən deyil, beynəlxalq təminat formasında olmalıdır. Bu sənədin işlək şəkildə imzalanmasını təmin etmək vacibdir”.

O həmçinin vurğulayıb ki, işğalçı qüvvələr, o cümlədən Xerson vilayətinin cənubunu – Krıma “dəhliz” adlanan ərazini tərk etməli olacaqlar.

“Biz hər bir məsələ ilə bağlı ayrı-ayrılıqda qərar hazırlayırıq, ancaq bütövlükdə və kompleksdə nəyisə imzalaya bilərik. Əgər belə deyilsə, bütün söhbətin mənası itir. Onlar da bu mövqeyi dəstəklədilər və qərara gəldilər ki, biz belə gedirik”,- Arahamiya bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki