Ukraynada rus hərbçilərə gizli məlumatlar ötürən xaker Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Alp.az xəbər verir ki, saxlanılan xakerin rus hərbçilərlə daim əlaqədə olduğu və Ukrayna hərbçilərinin və dövlət qulluqçularının nömrələrinə “təslim olun”, “rusların tərəfinə keçin” kimi mesajlar göndərdiyi ortaya çıxıb. Məlumatda qeyd olunur ki, xaker gün ərzində minə yaxın şəxslə gizli danışıqlar aparıb. Bu şəxslərin əksəriyyətinin rus ordusunda xidmət edən rütbəli hərbçilər olduğu bildirilir.
“O, qanun qarşısında cavab verməli olacaq. Çünki onun əllərində onlarla, hətta yüzlərlə öldürülmüş ukraynalının qanı var”- deyə, məlumatda qeyd olunub.