image-111backend

“Rusiya Qarabağda şok planını reallaşdırır” –Erməni politoloqdan SENSASİON AÇIQLAMA 

“Rusiya Qarabağda Cənubi Osetiya modelini reallaşdırmaq üçün hərəkətə keçib.” Alp.az xəbər verir ki, bunu erməni politoloq  Ararat Tsaturyan açıqlamasında bildirib.

“Qarabağda baş verənlər Rusiyanın yeni planının tərkib hissəsidir. Bu planın əsas üzvü də indi ruslara satılan Araik Aruthunyandır. O bütün erməni xalqının 30 illik mübarizəsini satıb. Əgər Rusiya Qarabağdakı planını reallaşdırsa yeni müharibə qaçılmaz olacaq.  Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, baxmayaraq yeni müharibə başlaya bilər. Çünki Rusiya Azərbaycan- Ermənistan münasibətinin normallaşmasını qəbul etmir. Çünki bu iki ölkə dostluq münasibəti qursa Rusiya oyundan kənar qalır. Buna görə Rusiya Qarabağda vəziyyətin sabitləşməsində maraqlı deyil.  Reallıqda isə indi bizə sülh sərf edir. Çünki bağlanan müqvilə Ermənistanın çiçəklənməsinə xidmət edəcək” – deyə Ararat Tsaturyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki