image-erm_seud-ereb-bayraqbackend

Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik əlaqələr yarandı

Ermənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.

Alp.az-ın xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

Səfir vəzifəsinə BƏƏ-dəki diplomatik korpusuna rəhbərlik etmiş Karen Qriqoryan təyin olunub.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrından etibarən qurulub.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki