image-trump-aa-2337487_1backend

Tramp Çinə tətbiq etdiyi tariflərə görə məhkəməyə verib

ABŞ prezidenti Donald Trampın mart ayının əvvəlində Çin mənşəli məhsullara tətbiq etdiyi 10 faizdən 20 faizə qaldırılan gömrük rüsumu məhkəməyə verilib.
Elchi.az TheHill-ə istinadən xəbər verir ki, iddia Trump-ın tariflərinə “ilk hüquqi problem” idi.
Floridada yerləşən Çindən idxal və ixrac edən Simplified şirkəti adından açılan iddiada, Trampın əvvəlki həftələrdə Çin məhsullarına 20 faizə qədər qaldırılan tarifləri tətbiq etmək üçün istifadə etdiyi Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktının (IEEPA) sərhədlərini aşdığı iddia edilir.
İddia Trampın Çinə tətbiq etdiyi tariflərin “qanunsuz” hesab edilməsini və onların icrasının dayandırılmasını tələb edir.
Müraciətdə İEEPA-nın iqtisadi sanksiyalar və aktivlərin dondurulması kimi xarici təhdidlərə qarşı tədbirlər görmək üçün qüvvəyə mindiyi və bu qanunun “prezidentlərə daxili iqtisadiyyatda sərbəst hərəkət etmək səlahiyyəti vermədiyi” bildirilib.
İEEPA-nın təxminən 50 illik tarixində heç bir prezidentin bu qanundan gömrük rüsumlarının tətbiqi üçün istifadə etmədiyini qeyd edən petisiyada qanunun mətnində gömrük rüsumlarının qeyd olunmadığı və qanunun prezidentlərə vergi tətbiq etmək səlahiyyəti verdiyinə dair hər hansı bir ifadənin olmadığı vurğulanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki