ABŞ prezidenti Donald Tramp ABŞ-ın Avropadakı silahlı qüvvələrinin sayını azalda biləcəyini etiraf edib.
Elchi.az xəbər verir ki, dövlət başçısından Avropadakı Amerika qoşunlarının sayını azaltmaq planlarının olub-olmaması ilə bağlı sual verilib.
“Yaxşı. Demək istəyirəm ki, bu vəziyyətdən asılıdır. Biz Avropada ordu üçün pul ödəyirik. Biz nə Avropadan, nə də Cənubi Koreyadan çox kompensasiya almırıq. Bu, ticarətlə əlaqəli olmayan müzakirə edəcəyimiz şeylərdən biri olacaq, amma düşünürəm ki, biz bunu [ticarət danışıqlarının] bir hissəsinə çevirəcəyik, çünki məntiqlidir, hamısını hər bir ölkə üçün bir paketdə toplamaq yaxşı bir fikir olardı”,-deyə Tramp bildirib.
Dövlət başçısı əlavə edib ki, bu məsələ ilə bağlı danışıqlara Amerika hüquq firmaları cəlb olunacaq: “Bunlar böyük hüquq firmalarıdır, biz ən yaxşılarla müqavilələr imzalamışıq. Və düşünürəm ki, ticarət müqavilələri üzərində işləyən hüquq firmalarından aldığımız pulun bir hissəsini, əgər bunu edə bilsək, onların vaxtını ödəmək üçün istifadə edəcəyəm.
Düşünürəm ki, biz məşğul olacağımız bir çox ölkə ilə bağlı bizi təmsil edəcək bu gözəl hüquq firmalarından istifadə etməklə bunu edə bilərik. Yaxşı hüquqşünaslar bizi təmsil edəcək”,-deyə Tramp yekunlaşdırıb.
Yeganə