image-hamas-bayragi-aa-1603133_1backend

Böyük Britaniya HƏMAS-ın terror siyahısından çıxarılmasını tələb edir

Böyük Britaniyada HƏMAS-ın qadağan olunmuş təşkilat statusunu ləğv etmək üçün hüquqi təşəbbüs irəli sürülüb. Müraciəti edən hüquq qrupu 106 səhifəlik hesabatla İngiltərə Daxili İşlər Nazirliyinə müraciət edib. Onlar HƏMAS-ın terror siyahısından çıxarılmasını tələb ediblər.
Elchi.az xəbər verir ki, İngiltərədə hüquqşünaslar, akademiklər və jurnalistlərdən ibarət 20 nəfərlik ekspert qrupu HƏMAS-ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması üçün qanuni müraciət edib. Onların hazırladıqları 106 səhifəlik hesabat Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə təqdim edilib. Hesabatda HƏMAS-ın terror təşkilatları siyahısından çıxarılmalı olduğu bildirilib.
Vəkil Fəhad Ənsari Böyük Britaniyanın beynəlxalq öhdəliklərini pozduğunu vurğulayaraq deyib: “HƏMAS Fələstin xalqının seçilmiş nümayəndəsidir. Soyqırıma qarşı müqavimət göstərən əsas qruplardan biridir. HƏMAS-ın Fələstin xalqını müdafiə etməsinin qarşısı alınır”.
Müraciəti edən komandanın digər üzvü Daniel Qrutters, “Yaxın Şərqdə sülh istəyiriksə, tərəflər bir-biri ilə danışa bilməlidir. Terror siyahısına salıb “sən pissən” dediyiniz biri ilə dialoq qurmaq çətinləşir. Müraciətin əsas səbəblərindən biri də budur” deyib.
Ərizədə, həmçinin HƏMAS-a qoyulan qadağanın Avropa İnsan Haqları Konvensiyasında təmin edilən açıq müzakirə və siyasi ifadə azadlığı hüquqlarını pozduğu da irəli sürülüb.
İngiltərə 2001-ci ildə HƏMAS-ın hərbi qanadını terrorçular siyahısına daxil edib. 2021-ci ildə HƏMAS-a üzvlük cinayət sayılır. Eyni zamanda HƏMAS-a dəstək ifadə etmək və onun simvollarını taxmaq da qadağan edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki