Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan WhatsApp, istifadəçilərinə təsir edə biləcək ciddi təhlükəsizlik zəifliyinə qarşı təcili yeniləmə yayımlayıb. Şirkət kiber hakerlərin zərərli görüntü və ya fayl vasitəsilə istifadəçi cihazlarına uzaqdan daxil ola biləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Meta tərəfindən edilən açıqlamada sözügedən açığın yalnız Windows-un masaüstü versiyasına təsir etdiyi bildirilib. “Spoofing” və ya “saxta yönləndirmə” adlanan bu təhlükəsizlik problemi WhatsApp vasitəsilə zərərli şəkildə hazırlanmış fayl və ya şəkil göndərməklə baş verə bilər.
Bu boşluq istifadəçi şəkli göstərmək əvəzinə faylı açdıqda zərərli kodun icrasına səbəb ola bilər ki, bu da cihazın oğurlanmasına səbəb ola bilər.
WhatsApp-dan təcili yeniləmə zəngi
Meta hələ ki, hər hansı bir istifadəçinin bu boşluqdan təsirləndiyi barədə heç bir məlumat paylaşmayıb. Bununla belə, təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edib ki, istifadəçilər proqramı dərhal yeniləməli və qrup çatlarında paylaşılan şəkillərə xüsusilə diqqətli olmalıdırlar.
Kibertəhlükəsizlik üzrə məsləhətçi Adam Pilton deyir: “Bir çox insanlar WhatsApp qruplarında fotolar mübadiləsi aparır. Əgər haker həmin görüntünü etibarlı kontakt vasitəsilə yaysa, hər kəs bilmədən zərərli proqramı işə sala bilər”.
Şayəstə Hüseynova