image-de200388-ea2b-3255-bb9d-f9989180e8ed_850backend

Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb

ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 %-ə qədər artırır.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125 %-ə qaldırıram”, – Tramp qeyd edib.

Bundan əvvəl Tramp qeyd edib ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34 %-lik artımı ləğv etməzsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 %-lik tarif tətbiq edəcək.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki