image-abd-kasirga-a-2302433_1backend

ABŞ-da tornadolarda 7 nəfər ölüb

ABŞ-ın bəzi ştatlarını təsir altına alan qasırğalar nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, bölgədə çoxlu qasırğalar və şiddətli tufanlar baş verib.
Səlahiyyətlilər bildiriblər ki, ilkin məlumatlara görə, Tennessi, Missuri və İndiana ştatlarında bir çox binaya ziyan vuran tornadolar nəticəsində 7 nəfər ölüb.
Səlahiyyətlilər, elektrik xətlərinin uçmasına səbəb olan şiddətli fırtınaların bölgədəki bir çox evin elektriksiz qaldığını, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsilin dayandırıldığını bildirib.
Səlahiyyətlilər həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışların səbəb ola biləcəyi daşqınlar barədə xəbərdarlıq edib.
Rəsmilər Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında davamlı yağışların gözlənildiyini və bu vəziyyətin xüsusilə Missisipi çayı vadisi boyunca təsirli olacağını bildirdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki