image-1644893396_630_360_1589965796-679backend

Rus tankına qarşı Ukrayna bayrağı: Vladimir Zelenski fərman imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna cəmiyyətinin konsolidasiyasına dair təxirəsalınmaz tədbirlər haqqında” fərman imzalayıb.

Fərmanda “Ukrayna cəmiyyətinin konsolidasiyasını gücləndirmək və artan hibrid təhlükələr qarşısında dayanıqlılığı möhkəmləndirmək məqsədilə 16 fevral 2022-ci il tarixi Ukraynalıların Birlik Günü olunub”.

Qeyd edək ki, Qərb kəşfiyyat orqanları fevralın 16-da Rusiyanın Ukraynanı işğal edə biləcəyi barədə məlumat yayıb. Zelenski də həmin gün bütün ukraynalıları meydana çıxarıb dövlət bayraqlarını dalğalandıraraq həmrəylik aksiyaları keçirmək niyyətindədir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki