ABŞ-ın Pensilvaniya ştatında supermarketdən 100 min yumurta oğurlanıb. Quş qripi hallarının artması səbəbindən yumurta qiymətlərinin artması oğruların yeni hədəfinə çevrilib.
Elchi.az xəbər verir ki, fevralın 1-də ABŞ-ın Pensilvaniya ştatındakı Pete & Gerry’s Organics adlı ərzaq mağazasında böyük oğurluq hadisəsi baş verib. Polis rəsmiləri pikapın arxasından 100 min yumurtanın oğurlandığını bildiriblər. Oğurlanan yumurtaların bazar dəyərinin 40 min dollar olduğu bildirilib.
Şayəstə Hüseynova