image-8-2backend

Qrossi Zaporojye AES-ə gedir

MAQATE rəhbəri Rafael Qrossi Zaporojye atom elektrik stansiyasına gedir.

Elchi.az xəbər verir ki, bu barədə Qrossi X sosial şəbəkəsində yazıb ki, nüvə qəzasının qarşısının alınmasında dəstək və yardım göstərməyə davam etmək üçün indi Zaporojye Atom Elektrik Stansiyasına yollanır.

Daha əvvəl Qrossi nüvə qəzasının qarşısını nəyin bahasına olursa olsun almaq lazım olduğunu bildirərək, xatırladıb ki, atom elektrik stansiyalarına hücum etmək olmaz, çünki bu halda münaqişənin bütün tərəfləri uduzacaq. Kursk AES-ə səfəri zamanı o, Rusiya ərazisində, daha doğrusu Kursk AES-in ərazisində nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu deyib.

Yeganə

Mənbə: Vesti.ru

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki