Qəzza zolağının Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri 43 min 20-dən çox fələstinlinin öldüyünü bildirib.
Elchi.az bu barədə İranın İRNA agentliyinə istinadən xəbər verir.
“Son 24 saat ərzində sionist ordu Qəzza zolağında 5 cinayət törədib, nəticədə 96 fələstinli şəhid olub, 277 nəfər isə yaralanıb”, – Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
İRNA agentliyinin məlumatına görə, Qəzza zolağında qurbanların ümumi sayı 101 min 110 nəfərdir.
Yeganə