image-necip-mikati-lubnan-hukumet-kurmak-aa-1624461_1backend

Mikati İsraillə atəşkəs razılaşmasını alqışlayıb

Livanın baş naziri Nəcib Mikati İsraillə atəşkəs razılaşmasını alqışlayıb və İsraili müqavilənin şərtlərinə tam əməl etməyə və işğal etdiyi bütün Livanın ərazilərindən geri çəkilməyə çağırıb.
Elchi.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, ABŞ prezidenti Co Bayden Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlamasından sonra baş nazir Mikati ilə telefonla danışıb.
Telefon danışığı zamanı Mikati prezident Baydenə Amerikanın Livana verdiyi dəstəyə və Baydenin baş müşaviri Amos Hokşteynin atəşkəsə nail olmaq səylərinə görə təşəkkür edib.
Mikati ABŞ və Fransanın töhfəsi ilə əldə edilən atəşkəs qərarını alqışladığını bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki