ABŞ prezidentliyi uğrunda yarış qızışdıqca, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris namizəd olduqdan sonra verdiyi ilk müsahibəsində prezident olacağı təqdirdə İsrailə silah embarqosu tətbiq etmək niyyətində olmadığını açıqlayıb və Qəzza zolağında atəşi dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə geri sayım davam edərkən, Demokratlar Partiyasından prezidentliyə namizəd Harris və vitse-prezidentliyə namizəd Tim Valz namizədlikləri aydınlaşdıqdan sonra CNN-ə ilk müsahibələrini verdilər.
Daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən ABŞ-ın İsrailə qarşı siyasətinə qədər müxtəlif mövzularda sualları cavablandıran Harris, Demokratik Milli Konvensiyadakı çıxışında oxşar mesajlar verdi.
Müsahibənin xarici siyasət bölməsində Harris ABŞ-İsrail münasibətləri və Qəzza zolağındakı humanitar böhranla bağlı ABŞ prezidenti Co Baydendən fərqli olaraq nə edəcəyi ilə bağlı sualı cavablandırıb.
7 oktyabr hücumları zamanı baş verənləri xatırladan Harris, İsrailin özünümüdafiə hüququna hörmət etməyə davam edəcəyini və bu mövzuda mövqeyinin aydın olduğunu bildirib.
İsrailə verdiyi dəstəyi bir daha təsdiqləyən Harris, çoxlu sayda Fələstinli mülki vətəndaşın öldüyünü qeyd etdi və dedi: “Biz bu razılaşmanı (atəşkəs) yerinə yetirməliyik. Bu müharibə bitməlidir. Biz razılaşmanı tamamlayıb məhbusları çıxarmalıyıq. Gəlin məhbusları xilas edək, atəşkəsi təmin edək”- deyib.
Nuranə Məmmədova