image-2304221_1backend

İsveçli nazirin banan fobiyası komandasını tər tökdürür

İsveçli nazirin banan fobiyası ilə bağlı hökumət yazışmaları üzə çıxıb. Nazirin komandasının hər görüşdən əvvəl “banan izlərinin silinməsi” tələbi gülüş obyektinə çevrilsə də, baş nazir Kristersson da daxil olmaqla sosial mediadan reaksiya gəlib.
Elchi.az xəbər verir ki, İsveçdə Gender Bərabərliyi Naziri Paulina Brandberg-in “banan fobiyası”nın komandasına çətin anlar yaşatması gündəmin başında idi. Ölkə mətbuatına sızan yazışmalarda bildirilir ki, Brandberqin komandası nazir hər hansı otağa girməzdən əvvəl banan olub-olmadığını yoxlayıb. Bir çox siyasətçi Brandbergi fobiya ilə mübarizədə dəstəkləyib.
İsveçin “Expressen” qəzetində dərc olunan hökumət yazışmalarına görə, Brandberqin komandası nazirin rəsmi səfərlərindən əvvəl ətraf mühitə bananın buraxılmaması üçün elektron məktublar göndərir. Bu, Brandberqin banana qarşı güclü allergiyası olması ilə əsaslandırılır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki