İsrail təyyarələrinin Suriyanın Latakiya əyalətinin Ceble rayonunda birdən çox hücum təşkil etdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Suriya rejiminə yaxın sosial media hesabları İsrail təyyarələrinin Aralıq dənizi tərəfdən saat 04:00 radələrində Latakiyanın Ceble bölgəsinə çoxsaylı hava hücumu təşkil etdiyini iddia edib.
Hücumlar nəticəsində güclü partlayışlar yaşanarkən, Bəşər Əsəd rejiminin hava hücumundan müdafiə sistemlərinin cavab verməyə çalışdığı qeyd edilib.
Hücum yerində yanğının başladığı və partlayışların davam etdiyi bildirilib.
Hücumla bağlı nə İsrail rəsmiləri, nə də Suriya rejimi tərəfindən hələlik heç bir açıqlama verilməyib.
İranın dəstəklədiyi qruplaşmaların Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi Latakiyanın Ceble rayonunda da mövcudluğu var.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Şayəstə Hüseynova