image-908931-1781613974backend

HƏMAS İsrailin yeni atəşkəs şərtlərini rədd edir

İsrail və HƏMAS arasında əsir mübadiləsi də daxil olmaqla Qəzza zolağında atəşkəs üçün diplomatik səylər davam edir.
Elchi.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən son danışıqlarla bağlı açıqlama verən Həmas İsrailin atəşkəs üçün təklif etdiyi yeni şərtləri rədd etdiyini açıqlayıb.
HƏMAS-ın sözçüsü Usamə Həmdan, “İyulun 2-də razılaşdığımız məsələlərdən və ya yeni şərtlərlə bağlı danışıqlardan heç bir geri addımı qəbul etməyəcəyik” – deyib.
HƏMAS-ın son təklifə cavabını vasitəçilərə çatdırdığını bildirən Həmdan ABŞ-ın tezliklə razılaşma əldə ediləcəyi ilə bağlı açıqlamalarının yanlış olduğunu bildirib.
HƏMAS-ın yüksək səviyyəli rəsmilərindən İzzət Əl Raşik, hər hansı bir razılaşmanın daimi atəşkəs və İsrailin Qəzzadan tamamilə çıxarılmasını ehtiva etməli olduqlarını təkrarladıqlarını bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki