ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa Birliyinə qarşı gömrük rüsumlarını açıqlayacaqlarını bildirərək, 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini açıqlayıb. Tramp: “Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb. Məqsədləri bu idi və onlar bunu yaxşı bacardılar. Amma indi mən prezident olduğum üçün qisas ala bilməzlər”, – deyə o bildirib.
Elchi.az xəbər verir ki, Aİ-yə hansı səviyyədə tariflərin tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Qərar verdik, bunu çox yaxında açıqlayacağıq və bu, bütövlükdə yüzdə 25 olacaq. Bu, avtomobillərə və başqa şeylərə şamil ediləcək. Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb, amma indi mən prezidentəm”. dedi.
Tramp AB-nin qisas almağa çalışa biləcəyini, lakin bunun müvəffəqiyyətli olmayacağını, bu halda artıq oradan idxal etməyəcəklərini əlavə edib.
Şayəstə Hüseynova