image-cd4c153a-683a-3e52-8ac1-05ae2d9d094c_850backend

ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birinin saxlanıldığını açıqlayıblar

ABŞ hərbçiləri “Suriya Demokratik Qüvvələri” alyansı ilə birlikdə İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.

Elchi.az – ın xəbərinə görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Suriya Demokratik Qüvvələri ilə birlikdə sentyabrın 1-də səhər tezdən Rakkadakı həbsxanadan qaçaraq yaraqlılara kömək edən İŞİD lideri Xalid Əhməd əl-Dəndəlini yaxalayıb”, – paylaşımda qeyd edilir.

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı İŞİD-in məhv edilməsini təmin etmək üçün “gələcək qaçış təhlükəsi” ilə mübarizəni davam etdirəcəyini bildirib.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki