ABŞ prezidenti Donald Tramp bir daha bəyan edib ki, ABŞ hökuməti yalnız iki cinsin olduğunu rəsmi siyasətinə çevirib: kişi və qadın.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Mayamidə Respublikaçı Konqres üzvlərinin qatıldığı partiya toplantısında gündəmlə bağlı qiymətləndirmələr edib.
Tramp vəzifədə olduğu ilk həftədə bir çox mühüm prezident fərmanlarına imza atdığını və ən mühüm addımlarından birinin transgender şəxslərlə bağlı addım olduğunu bildirib.
“Mən ABŞ hökumətinin rəsmi siyasətinə çevirmişəm ki, yalnız iki cins var: kişi və qadın. Açığı, bu, çətin qərar idi”, – Tramp deyib.
Bazar ertəsi, yanvarın 20-də Ağ Evdə vəzifəyə başlayan Trump, federal hökumətdən yalnız iki bioloji cinsi, kişi və qadını tanımasını tələb edən və transgender şəxslərin federal qurumlar tərəfindən təşkil edilən qadın idmanlarında iştirakını qadağan edən bir sərəncam imzaladı.
Şayəstə Hüseynova