image-tokaev-anonsiroval-referendum-po-popravkam-v-konstituciyu-kazaxstana-1-1backend

Tokayev referendum elan edib

Oktyabrın 6-da Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçiriləcək.
Elchi.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı deyib.
“Ölkənin həyatı üçün vacib olan hər bir addım xalqın dəstəyi ilə atılmalıdır. Atom elektrik stansiyaları ilə bağlı referendumda da belə olmalıdır. Mən onun keçən il keçirilməsindən danışdım, yəni bu mövzu artıq bir ildir ki, ictimai gündəmdədir”, – deyə Qazaxıstan lideri bildirib.
Qazaxıstanda atom elektrik stansiyasının tikintisi məsələsi respublikanın yarandığı ilk günlərdən gündəmdədir. Ölkədə bir dənə də olsun fəaliyyət göstərən stansiya yoxdur. 2019-cu ildə Tokayev stansiyanın tikintisinə ehtiyac olmadığını bildirsə də, 2023-cü il avqustun 31-də tikinti ilə bağlı referendum keçirilməsini təklif edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki